Əsas Səhifə > Maraq > Ronaldo sutka ərzində “Yuventus”a 52 milyon qazandırdı

Ronaldo sutka ərzində “Yuventus”a 52 milyon qazandırdı


13-07-2018, 20:39
Ronaldo sutka ərzində “Yuventus”a 52 milyon qazandırdı

“Yuventus”un “Real”dan transfer etdiyi Kriştianu Ronaldonun formalarına maraq böyükdü. Xarici mətbuatda yayılan məlumata görə, portuqaliyalı superulduzun bir sutka ərzində satılan formasının sayı 520 mindi.

Bunun cəmi 20 mini mağazalardan alınıbsa, 500 min forma onlayn sifarişlə əldə edilib. Bir formanın qiymətinin 100 avro olduğunu nəzərə alsaq, “Yuventus” 24 saat ərzində Ronaldonun forma satışından 52 milyon avroluq qazanc götürüb. Turin klubunun rəhbərliyi bu gedişlə onun transferi üçün xərclədiyi 100 milyon avronu qısa müddətdə geri qaytaracaq.

Qeyd edək ki, Kriştianu Ronaldo “Yuventus”la 4 illik müqavilə imzalayıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Geri qayıt