Əsas Səhifə > Maraq > Döyüşçümüz sabah rinqə çıxır

Döyüşçümüz sabah rinqə çıxır


1-06-2018, 14:39
Döyüşçümüz sabah rinqə çıxır

İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq idmanı üzrə peşəkarlar arasında "Heroic battle" turniri (Qəhrəmanlıq döyüşü) keçiriləcək.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, sayca 22-ci dəfə təşkil olunacaq reytinq döyüşünlərində Azərbaycanı Dünya kubokunun gümüş mükafatçısı Şikar Bədəlov təmsil edəcək. Gecəyə ümumilikdə 20 ölkə idmançısı qatılacaq.

Qeyd edək ki, Şikar Bədəlov ötən il 21-ci "Heroic battle" döyüşünün qalibi olub.
Geri qayıt