Əsas Səhifə > Maraq > İngiltərə qadın futbolunda yeni rekord

İngiltərə qadın futbolunda yeni rekord


9-05-2018, 14:05
İngiltərə qadın futbolunda yeni rekord

Bazar günü İngiltərədə qadın futbolunda azarkeş rekordu qeydə alınıb.

Bu "Arsenal"la "Çelsinin" qadın komandaları arasında Federasiya Kuboku çərçivəsində keçirilmiş oyunda baş verib.

"Uembli"də keçirilən və "Çelsi"nin 3:1 hesabı ilə qələbə qazandığı görüşü 45 min 423 tərəfdar izləyib. Bu rəqəm ən çox tərəfdarın izlədiyi qadınlar arasında futbol matçı kimi tarixə düşüb.

İki London komandasının bu görüşü rekord baxımından Britaniyada ilk sıraya yüksəlib.
Geri qayıt