Əsas Səhifə > Maraq > Şahmatçılarımız turnirə heç-heçə ilə başladı

Şahmatçılarımız turnirə heç-heçə ilə başladı


19-04-2018, 22:42


Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində Azərbaycanın hər 3 şahmatçısı ilk turun görüşlərini heç-heçə ilə başa vurub.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun ardından Teymur Rəcəbov da "sülh"ə razılaşıb. O, qara fiqurlarla bolqarıstanlı Veselin Topalovla görüşün 43-cü gedişində xalı yarı bölüb - 0,5:0,5.


Geri qayıt