Əsas Səhifə > Maraq > Taekvondo üzrə "Koreya səfiri kuboku" keçiriləcək

Taekvondo üzrə "Koreya səfiri kuboku" keçiriləcək


31-08-2017, 11:00


Sumqayıtda taekvondoçular arasında "Koreya səfiri kuboku" keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasından (ATF) verilən məlumata görə, ATF və Koreyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutacaq yarışda gənc idmançılar qüvvəsini sınayacaqlar.

Sayca üçüncü olan turnir sentyabrın 16-da start götürəcək. 2 gün davam edəcək yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. "Koreya səfiri kuboku"da respublikamızda fəaliyyət göstərən taekvondo bölmələri və klubları, 2000-2003-cü il təvəllüdlü gənc idmançıları iştirak edəcəklər.

Qeyd edək ki, analoji yarış birinci dəfə Qubada, ötən il Qəbələdə təşkil olunub. (apasport.az)
Geri qayıt