Əsas Səhifə > Maraq > Dünya Qadın Seriyası: "Neftçi" qrup səddini adlayıb

Dünya Qadın Seriyası: "Neftçi" qrup səddini adlayıb


16-09-2023, 16:00


"Neftçi" Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində qrup səddini adlamağı bacarıb.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz B qrupunda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olsa da, sonuncu oyununda Çinin "Yuanda" klubuna 16:12 hesabı ilə qalib gəlib.

Azərbaycan klubu bununla da qrup üçüncüsü kimi "play-in"ə vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi"nin rəqibi Fransa millisi olacaq. Oyun sentyabrın 17-də, Bakı vaxtı ilə saat 11:25-də başlayacaq.
Geri qayıt