Əsas Səhifə > Maraq > Joze Mourinyo antirekorda imza atıb

Joze Mourinyo antirekorda imza atıb


23-05-2023, 16:00
Joze Mourinyo antirekorda imza atıb





"Roma" futbol klubu İtaliya A Seriyasının 36-cı turunda “Salernitana” ilə 2:2 hesablı heç-heçə edib.
BrendSport.az xəbər verir ki, “Roma” ardıcıl altı liqa oyununda qalib gələ bilməyib. Bu, əvvəllər “Real”, “İnter”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Portu” və digər komandalara rəhbərlik edən Joze Mourinyonun məşqçilik karyerasının ən pis seriyasıdır.
“Roma”nın növbəti turdakı rəqibi “Fiorentina” olacaq.
Geri qayıt