Əsas Səhifə > Maraq > Ronaldu "Əl-Nəsr"dən ayrılmaq istəyir

Ronaldu "Əl-Nəsr"dən ayrılmaq istəyir


23-05-2023, 13:00





Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmaq istəyir.

BrendSport.az xəbər verir ki, 38 yaşlı hücumçu müqaviləsini vaxtından əvvəl pozmaq niyyətindədir.

Nəşrin müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldunu qane etmir. Yaxın ətrafı onun Avropaya qayıtması üçün çalışır.

Təcrübəli forvard üzrlü səbəb olmadan "Əl-Nəsr"i tərk etmək qərarına gəlsə, FIFA qaydalarına əsasən, qalan iki illik sözləşmə üçün təzminat ödəməli olacaq. Bundan əlavə, oyunçuya sanksiya da nəzərdə tutulacaq.

Qeyd edək ki, Ronaldu ilin əvvəlindən "Əl-Nəsr"in formasını geyinir. O, yerli çempionatda 14 matça çıxıb və 13 qola imza atıb.
Geri qayıt