Əsas Səhifə > Maraq > Lionel Messi daha bir rekorda imza atıb

Lionel Messi daha bir rekorda imza atıb


22-05-2023, 12:30





Fransanın PSJ klubunun futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

BrendSport.az xəbər verir ki , argentinalı hücumçu cari mövsüm “Top-5” liqalarda çıxış edən oyunçular arasında bütün turnirlərdə 20 qol və 20 məhsuldar ötürməyə çatan ilk oyunçu olub.

36 yaşlı forvard Fransa Liqa 1-nin XXXVI turunda “Oser”lə keçirilən oyunda komandasının 2:1 hesablı qələbəsinə bir assistlə töhfə verib. Bu, onun mövsümdə 20-ci məhsuldar ötürməsi olub.

Qeyd edək ki, Lionel Messi cari mövsüm PSJ-nin heyətində ümumilikdə 39 oyun keçirib.
Geri qayıt