Əsas Səhifə > Maraq > Messi məşqçi olmaq istəmir

Messi məşqçi olmaq istəmir


3-01-2018, 23:06



"Barselona"nın futbolçusu Lionel Messi karyerasını bitirdikdən sonra məşqçi olmaq fikrində deyil.


Argentinalı hücumçu bunu "Blic Online" nəşrinə açıqlamasında deyib. O bildirib ki, özünü məşqçi kimi görmür. Bununla belə, 30 yaşlı superulduz nə vaxtsa fikrini dəyişə biləcəyini də istisna etməyib:
"Düzü, gələcəkdə məşqçi olmaq haqda düşünmürəm. Amma irəlidə çox vaxt var. Ola bilsin, nə vaxtsa fikrimi dəyişdim".

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsinin müddəti 2021-ci ilə qədərdi.

Milli.Az
Geri qayıt