Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Baş məşqçi: Heydər Əliyevin yubileyinə həsr olunan turnirdə iştirak etmək böyük şərəfdir

Baş məşqçi: Heydər Əliyevin yubileyinə həsr olunan turnirdə iştirak etmək böyük şərəfdir


Azərbaycan xalqının Ümummilli Lideri və gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dostluq” futbol turnirində iştirak etməkdən şərəf duyuruq.

BrendSport.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan və gürcü xalqları arasında çox qədim dostluq münasibətləri var. Biz dost Azərbaycan xalqının bütün bayram tədbirlərində və hüzn günlərində həmrəy olmuşuq. Bu gün də Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar futbol turniri elan olunub. Biz bu turnirdə böyük həvəslə və sevinclə iştirak edəcəyik. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideri olmaqla yanaşı, gürcü xalqının da yaxın dostudur. Gürcüstanda da Heydər Əliyevin çox sevirlər və yaxşı xatırlayırlar.
“Düşünürəm ki, bu cür turnirlərdə iştirak həm də gənc nəsillər arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək”, – deyə T.Şamuqiya vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş