Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məşhur musiqiçi Formula 1 Azərbaycan Qran-Prisi üçün Bakıya gələcək


Niderlandlı DJ aprelin 28-də Bakıda çıxış edəcək


Məşhur musiqiçi, prodüser, elektronik rəqs musiqisi bəstəkarı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Milli Parkda Formula 1 Azərbaycan Qran-Prisinin açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək. Bakı yarışı əyləncəsevərləri daha bir gözlənilməz konsert proqramı ilə sevindirəcək. Həmyerlisi DJ Hardwell ilə yanaşı, Don Diablonun da çıxış edəcək ulduzların siyahısına əlavə edilməsi F-1 azarkeşlərinə Bakıda daha bir unudulmaz həftəsonu yaşadacaq.
BrendSport.az xəbər verir ki,Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti dünyada böyük rəğbət görən prodüser Dua Lipa, Castin Biber, Rihanna, Madonna və digər meqa ulduzlar ilə əməkdaşlıq edib.
Niderlandlı DJ 2015-ci ildə özünün musiqi şirkətini qurub və bununla da gənc istedadların üzə çıxarılmasına öz töhfəsini verib. Digər sahələrdə özünü sınamaqdan çəkinməyən DJ, həmçinin öz dizaynı olan geyim brendinin də sahibidir. Onun digər yaradıcı layihələri arasında eyniadlı yarı avtobioqrafik, elmi-fantastik xarakter daşıyan karikatura seriyası da var.
Onun elektronik musiqi səhnəsinə bəxş etdiyi əvəzolunmaz töhfələri göz önündə olsa da, o, fiziki və rəqəmsal dünya, eləcə də nostalgiya ilə gələcək arasında körpü rolunu oynayan kripto-incəsənət əsərləri yaratmaqla məşhurlaşaraq 2021-ci ilin martında NFT (rəqəmsal sənət nümunələri) sahəsində də özünü sınayıb. “GΞNΞSIS NFT” – holoqrafik musiqi nümunəsi və “DΞSTINATION HΞXAGONIA” – dünyanın ilk tammetrajlı rəqəmsal konsert filminin buraxılışı ilə hazırda dünyada ən çox musiqisi satılan kriptovalyuta sənətçisi kimi də tanınır.
F-1 təqviminin ən sürətli şəhər yarışlarından olan Formula 1 Azərbaycan Qran-Prisi trekdə və trekdən kənarda avtoidman həvəskarlarına bol əyləncə vəd edir. Bakıdakı yarış həftəsonu cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisi olacaq. Sürət həvəskarları üç gün davam edəcək möhtəşəm mübarizə və yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bulvardakı böyük səhnədə Don Diablo və Hardwellin konsertlərindən zövq alaraq möhtəşəm F-1 təcrübəsi yaşayacaqlar.
Qeyd edək ki, yarışa üçgünlük bilet sahibləri Dənizkənarı Milli Park ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Həmin azarkeşlər pit yolu gəzintisində də iştirak edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş