Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin siyahısı açıqlanıb



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, siyahıda il ərzində 20 və daha çox qol vuran arxa xətt oyunçuları yer alıb.

XXI əsrdə bunu reallaşdıran hələlik yeganə müdafiəçi Ceyms Tavernierdir. Şotlandiyanın “Reyncers” klubunda çıxış edən ingiltərəli futbolçu 2022-ci ildə aktivinə 22 top yazdırıb.

Siyahıya argentinalı Daniel Passarella başçılıq edir. O, 1976-cı ildə rəqib qapılarına 27 dəfə yol tapıb.



Facebook-da paylaş

Xəbəri paylaş