Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Konfrans Liqası: 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub



UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" Belçikada Türkiyə "Başakşehir"i ilə bərabərliyə razılaşıb – 1:1.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi Polşa "Lex"i evdə İsveç "Yurqarden"i məğlub edib – 2:0.

İsveçrə "Bazel"i isə Slovakiya "Slovan"ı ilə bacarmayıb – 2:2.

Bu raundun cavab matçları martın 16-da olacaq.

UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
10 mart

00:00. “Gent” (Belçika) - “Başakşehir” (Türkiyə) - 1:1
Qollar: G.Orban, 35 - S.Okaka, 16

00:00. "Fiorentina" (İtaliya) - "Sivasspor" (Türkiyə) – 1:0
Qol: A.Barak, 69

00:00. "Lex" (Polşa) - "Yurqorden" (İsveç) - 2:0
Qollar: A.Miliç, 39, F.Marçvinski, 82

00:00. "Bazel" (İsveçrə) - "Slovan" (Slovakiya) – 2:2
Qollar: Z.Amduni, 6, A.Zekiri, 40 – J.Medvedev, 17, M.Abubakari, 7

Qeyd edək ki,1/8 finalın ilk oyunu martın 8-də İtaliyada "Latsio" və Niderlandın "AZ Alkmaar" komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 2:1.


Facebook-da paylaş

Xəbəri paylaş