Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Reqekampfın sındırdığı gənc




BrendSport.az xəbər verir ki, "Qarabağ"la görüşdə qonaq komandanın baş məşqçisi İslamyıl Zülfüqarlını sonradan meydana buraxsa da, cəmi 15 dəqiqə sonra yenidən əvəzlədi. Reqekampf bunu mətbuat konfransında taktiki gedişlə izah etdi. Amma hər nəylə olursa olsun, "Neftçi"nin baş məşqçisi İsmayılı artıq ikinci dəfə səfərdə "Qarabağ"la oyunda belə sındırmamalıydı. 

İsmayıl Zülfüqarlı gəncdir, yerli məktəbin yetirməsidir, həssas futbolçudur. Bunu özüm görmüşəm. Ötən mövsüm avrokuboklarda qırmızı vərəqə alan İsmayıl media tribunaya qalaraq orda ağlayırdı. Yəni bu qədər həssas bir oyunçudur. Əgər Rege bu əməllərinə davam etsə, Zülfüqarlı ümumiyyətlə futboldan küsə bilər. Bu məsələdə məncə rəhbərlik müəyyən mənada işə qarışmalıdı. Zatən ölkədə futbolçu yoxdur, bir gəncimizi də belə itirməyək. 



Facebook-da paylaş

Xəbəri paylaş