Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Roma" uduzdu, Mourinyo qovuldu



İtaliya A Seriyasında XXIV turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Roma" səfərdə "Kremoneze"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 1:2.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Frank Tsacu açıb. 71-ci dəqiqədə Leonardo Spinatsola tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Daniel Çofani qoyub.

İlk hissənin əvvəlində "canavarlar"ın baş məşqçisi Joze Mourinyo baş hakim Marko Piççinini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə texniki zonadan qovulub.

Bu qələbədən sonra xallarını 12-yə çatdıran "Kremoneze" sonuncu pillədən xilas olaraq, 19-cu sıraya irəliləyib. 44 xalı olan "Roma" isə 5-cidir.

Qeyd edək ki, "Roma"nın baş məşqçisi Joze Mourinyo bu oyunda texniki zonadan qovulub.




Facebook-da paylaş

Xəbəri paylaş