Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda məşqçi və həkimlər üçün seminar keçirilir




Bakıda idman federasiyalarının məşqçi və həkimləri üçün seminara start verilib. Belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminatı əhatə edir.

BrendSport.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi seminar rasional qidalanmanın əsas prinsipləri, idmançıların qidalanmasının tədqiqi, qidalanma və idman hazırlığı, idmançıların fiziki inkişafının kompleks şəklində qiymətləndirilməsi, əzələlərin yığılması, fiziologiya və biokimya, yüksək idmanda biokimyəvi nəzarət, fiziki stress şəraitində böyrəküstü vəzilərin funksiyasının qida ilə dəstəklənməsi, antidopinq və qida dəstəyi, idmanda mikroelementlər və digər mövzuları əhatə edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş