Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın fiqurlu konkisürənləri dünya çempionatına vəsiqə qazanıblar

Azərbaycanın fiqurlu konkisürənləri dünya çempionatına vəsiqə qazanıblar

Azərbaycanın fiqurlu konkisürənləri Edrienn Karhat və Aleksandr Kolosovski dünya çempionatına vəsiqə qazanıblar.

BrendSport.az
xəbər verir ki, buz üstündə rəqs növündə çıxış edən cütlük Almaniyanın Oberstdorf şəhərində keçirilmiş "Bavaria Open 2023" turnirində göstərdikləri nəticələrə əsasən mundiala lisenziya əldə ediblər. Onlar yarışı 145,34 xalla altıncı pillədə başa vurublar.
Samanta Ritter - Daniel Brikalov cütlüyü isə 145,30 xalla yeddinci olub. Buz üstündə rəqs növündə yeniyetmə cütlük Anna Obrien və Stiven Vey ritm rəqsi üzrə ilk çıxışlarını edərək 92,91 xalla 15-ci yerə sahib çıxıblar.
Turnirdə Azərbaycanı tək konkisürmədə təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva yekun nəticədə 103,82 xal toplayaraq 19 iştirakçı arasında doqquzuncu yeri tutub


Facebook-da paylaş

Xəbəri paylaş