Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“AAAF Xırdalan BK” basketbol komandası “Zirvə Astara BK” üzərində qələbə qazanıb

“AAAF Xırdalan BK” basketbol komandası “Zirvə Astara BK” üzərində qələbə qazanıb


Yanvarın 21-də Astara Olimpiya İdman Kompleksində “Zirvə Astara BK” və “AAAF Xırdalan BK” komandaları üz-üzə gəliblər.
BrendSport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, oyuna inamlı başlayan “AAAF Xırdalan BK” basketbolçuları yekunda rəqibi üzərində 100:76 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular “Zirvə Astara BK” (Cerret Henderson-16 xal, 2 ribaund ) və “AAAF Xırdalan BK” (Devin Pullum-34 xal, 9 asist) olublar.
Qeyd edək ki, turun son oyunları (“Sərhədçi” PİK–“Gəncə BK”, “NTD BK”-“Neftçi İK”) yanvarın 22-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş