Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın boksçularımız Serbiyada Millətlər kuboku yarışında mübarizə aparacaqlar

Qadın boksçularımız Serbiyada Millətlər kuboku yarışında mübarizə aparacaqlar


Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq.
BrendSport.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, 14 ölkənin qatılacağı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında güclərini sınayacaqlar.
Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.
Bu gün səfərə yollanan milli komanda yanvarın 23-də Bakıya qayıdacaq.


Facebook-da paylaş

Xəbəri paylaş