Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Jerar Pike futbolçu karyerasını bərpa edə bilər

Jerar Pike futbolçu karyerasını bərpa edə bilər


“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike futbolçu karyerasını bərpa edə bilər.
BrendSport.az xəbər verir ki, ispaniyalı futbolçu sahibi olduğu “Andorra” klubunda oynamaq istəyir.


“Andorra”nın çıxış etdiyi İspaniya çempionatının ikinci divizionunun maliyyə qaydaları Pikenin karyerasını bərpa etməsinə mane ola bilər. Hazırda klub İspaniya ikinci divizionunun turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Ötən ilin payızında 35 yaşlı Pike Kataloniya klubunda karyerasını başa vurmuşdu. Futbolçunun sonuncu oyunu La Liqada “Osasuna” ilə görüşə təsadüf etmişdi.
“Barselona”nın yetirməsi olan müdafiəçi 2004-cü ilədək bu klubda çıxış edib. “Mançester Yunayted”ə keçən Pike icarə əsasında “Saraqosa”da çıxış edib. 2008-ci ildə yenidən “Barselona”ya qayıdan Pike doğma klubu ilə birlikdə 28 kubok qazanıb və komandanın heyətində 616 oyuna çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş