Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIFA futbolun inkişafı üçün dörd il ərzində 2,8 milyard dollar ayıracaq

FIFA futbolun inkişafı üçün dörd il ərzində 2,8 milyard dollar ayıracaq


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) futbolun inkişafına dair layihələrin daha geniş maliyyələşdirilməsini təmin etmək üçün bu ilin yanvarından FIFA FORWARD 3.0 proqramının icrasına start verəcək.
BrendSport.az FIFA-nın saytına istinadla xəbər verir ki, 6 konfederasiyadan 211 üzv assosiasiyanın ehtiyaclarının ödənilməsinə yerli səviyyədə dəstək verilməsini nəzərdə tutan proqram çərçivəsində ümumilikdə 2,8 milyard ABŞ dollarından çox vəsait ayrılacaq.
İcrasına 2016-cı ildə başlanılan proqramın ilk iki mərhələsində üzv qurumların dəstəklənməsi məqsədilə ödənişlərin məbləği yeddi dəfə artıb. Yanvardan etibarən reallaşdırılacaq üçüncü mərhələdə investisiyaların əhəmiyyətli hissəsi FIFA-nın əsas məqsədlərinin dəstəklənməsinə yönəldiləcək. Əsas hədəflərdən biri dünyada qadın futbolçuların sayının 2026-cı ilədək 60 milyona çatdırılmasıdır.
Bu proqram, həmçinin FIFA prezidentinin futbolun qlobal səviyyədə kütləviliyinin və rəqabət qabiliyyətinin artırılması ilə bağlı vizyonunu ifadə edir. Bu amillər Qətərdə keçirilən dünya çempionatında özünü açıq şəkildə göstərdi.
FIFA prezidenti Canni İnfantino proqram barədə deyib: “Biz FORWARD proqramını işə saldığımız zaman futbol qlobal səviyyədə inkişafının yeni erasına qədəm qoydu və hazırda üçüncü mərhələyə doğru gedir. Futbolun inkişafı üçün daha güclü zəmin yaratmaq öhdəliyimizi gücləndirməyimiz çox vacibdir”. FIFA prezidenti bu məqsədlərə nail olmaq üçün ayrılan vəsaitin 2016-cı ildən sonra yeddi dəfə artırıldığını bildirib.
Dörd il ərzində icra olunacaq proqram futbolun uzunmüddətli inkişafına töhfə verən spesifik layihələrin reallaşdırılmasına, ən çox yardıma ehtiyac duyan üzv assosiasiyalar üçün milli komandaların səyahət və yaşayış xərclərinin ödənilməsinə və ləvazimatların alınmasına, regionlarda futbolun inkişaf etdirilməsinə və təbliğinə, kişilər, qadınlar və gənclər arasında regional yarışlarının təşkilinə dəstək verilməsini nəzərdə tutur.


Facebook-da paylaş

Xəbəri paylaş