Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan gimnastı İvan Tixonov dünya kubokunda dəstəli at yarışlarında çıxışını başa vurub

Azərbaycan gimnastı İvan Tixonov dünya kubokunda dəstəli at yarışlarında çıxışını başa vurub


Azərbaycan gimnastı İvan Tixonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında növbəti proqramını təqdim edib. BrendSport.az xəbər verir ki, gimnastımız dəstəli at yarışlarının təsnifat mərhələsində 13,466 xalla hazırda 11-ci pillədə qərarlaşıb.
Təsnifat mərhələsinə14,233 xalla İtaliya gimnastı Edoardo De Rosa liderlik edir.
Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.


Facebook-da paylaş

Xəbəri paylaş