Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb

FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb


Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hikaru Nakamura (ABŞ) ilə ikinci görüşündə də heç-heçə edib. Xallar bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.
Yarımfinal mərhələsinin digər cavab oyununda Uesli So (ABŞ) ilk qarşılaşmada məğlub etdiyi iranlı Amin Tabatabayiyə uduzduğu üçün hesab bərabərləşib və şahmatçılar qalibi tay-breykdə müəyyənləşdirəcəklər. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.
Turnirə aprelin 4-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş