Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın güləşçimiz Jalə Əliyeva Avropa çempionu olub

Qadın güləşçimiz Jalə Əliyeva Avropa çempionu olub


Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, qadın güləşçimiz Gültəkin Şirinova (53 kq) dörddəbir finalda fransalı Çadya Ayaçiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb. Güləşçimiz bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşib və rəqibinə tam üstünlüklə (11:1) qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Jalə Əliyeva (62 kq) dörddəbir finalda Fransa təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. J.Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Təmsilçimizin finaldakı rəqibi serbiyalı Anna Fabian olub. Bu görüşdə də nəyə qadir olduğunu göstərən Gəncə güləş məktəbinin yetirməsi 6:2 hesablı qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, qadın güləşi üzrə millimiz Avropa çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş