Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb

Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb


Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz martın 11-də Vətənə qayıdıb.
BrendSport.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında 6 idmançı ilə qatılan yığmamız 5 medal qazanıb. Bu, güləşin bu növündə U-23 Avropa çempionatlarında medal sayına görə rekord göstəricidir.
Millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların yaxınları, məşqçilər və digər yığma üzvləri qarşılayıb.
Avropa çempionu Nihat Məmmədli qələbəsini belə şərh edib: “Məqsədim Avropa çempionu olmaq idi. Görüşlərim rahat keçdi. Finala çox yaxşı hazırlaşmışdım. Qarşıya qoyduğum məqsədə çatdım. Növbəti hədəfim gənclərin Avropa çempionatında da qızıl medal qazanmaqdır”.
Ölkəmizə cari yarışda ilk qızıl medalı qazandıran Xasay Həsənli deyib: “Bu yarışa hazırlıq yanvarda Gürcüstanda keçirilən təlim-məşq toplanışı ilə başladı. Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Yarımfinal görüşüm daha çətin keçdi. Millidə çalışan məşqçilərimizə və şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Bu nəticəni böyüklər arasında da təkrarlamağa çalışacağam”.
Millimizin məşqçisi Həsən Əliyevin yarışla bağlı fikirləri isə belə olub: “Bütün güləş ailəsini və qələbəmizə sevinən hər kəsi təbrik edirəm. Bu yarışa tam heyətlə yollanmadıq. İki çəkidə yer alan güləşçilərimizi böyüklərin Avropa çempionatına hazırlaşdığı üçün Plovdivə aparmadıq. Bəzi çəkilərdə isə zədə problemi ilə üzləşdik. Daha 3-4 medal qazana bilərdik. Altı çəkidən beşində medal qazanmaq böyük uğurdur. Bu nəticələr idmançıları daha da həvəsləndirəcək. Məşqçilər olaraq əlimizdən gələni edirik ki, güləşçilərimiz belə yüksək nəticələrə imza atsınlar”.
Xatırladaq ki, Avropa çempionatında Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş