Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rövşən Hüseynov: İnanırıq ki, boksçularımız Avropa çempionatında Azərbaycanı layiqincə təmsil edəcəklər

Rövşən Hüseynov: İnanırıq ki, boksçularımız Avropa çempionatında Azərbaycanı layiqincə təmsil edəcəklər


Gənc boksçulardan ibarət yığmamız fevralın 21-dən hazırlığa başlayıb. Bu gün son məşqimizi etdik və gecə saatlarında Avropa çempionatına yollanacağıq.
BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasının idarə heyətinin üzvü Rövşən Hüseynov deyib.
O qeyd edib ki, martın 13-də Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında start götürəcək və 11 gün davam edəcək yarışda boksçularımız Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) iştirak edəcəklər.
Rövşən Hüseynov sözlərinə görə, heyətə daxil edilən milli üzvlərinin hər biri artıq mübarizəyə hazırdır: “Təlim-məşq toplanışımız yüksək səviyyədə keçdi. Hazırlığın gedişatında təcrübəli mütəxəssislərlə birgə məsləhətlərimizi də verdik. Bu gün komandamızın formada olduğunu deyə bilərəm. İnanıram ki, gərgin keçən məşqlər Xorvatiyada öz bəhrəsini verəcək”.
Poreçə yollanacaq milli komandaya rəhbərlik edəcək federasiya rəsmisi bildirib ki, boksçularımıza ümidlər böyükdür: “Federasiya onların yüksək səviyyədə hazırlığı üçün hər şeyi edib. Böyük məşqçi Nəriman Abdullayev də komandanın toplanışından razı qalıb. Medal ümidlərimizə gəlincə, yığmaya dəvət etdiyimiz hər bir boksçuda böyük potensial görürük və inanırıq ki, onlar Avropa çempionatında Azərbaycanı layiqincə təmsil edəcəklər. Millidəki hər bir boksçu fəxri kürsüdə yer almaq gücündədir. Amma bəxt amilinin və püşkün də bəzən çıxışa təsir etdiyini nəzərə almalıyıq. Xorvatiyada daha çox medal qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq”.
Səfərə martın 11-də yollanacaq komandamız Bakıya ayın 25-də qayıdacaq. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.


Facebook-da paylaş

Xəbəri paylaş