Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əcnəbi gimnastlara Novruz adət-ənənələri nümayiş etdirilib



Novruz bayramı münasibətlə Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında yerli idmançılar, eləcə də martın 10-13-də paytaxtımızda keçiriləcək akrobatika gimnastikası üzrə dünya çempionatı ilə əlaqədar paytaxtımıza səfər edən xarici ölkə nümayəndələri və yarış iştirakçıları üçün bayram tədbiri keçirilib.

BrendSport.az
saytı xəbər verir ki, mərasimdə əcnəbi qonaqlara Novruz adət-ənənələri nümayiş etdirilib. Milli Gimnastika Arenasının həyətində bayram tonqalı yandırılıb. Qonaqlar onun üzərindən tullanıblar.

Tədbirdə Azərbaycanın milli mahnı və rəqsləri ifa olunub. Novruz bayramının məşhur personajları olan Keçəl və Kosa milli adətlərə uyğun müxtəlif oyunlar və səhnəciklər göstəriblər.

Əcnəbi qonaqlar Azərbaycanda milli bayramı qarşılamaqdan məmnun olduqlarını ifadə ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş