Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mingəçevirdə cüdoda tətbiq edilən yeni qaydalara həsr olunmuş seminar keçirilib

Mingəçevirdə cüdoda tətbiq edilən yeni qaydalara həsr olunmuş seminar keçirilib


Azərbaycan Cüdo Federasiyası (ACF) Mingəçevirdə məşqçilər üçün Beynəlxalq Cüdo Federasiyasının (BCF) Olimpiya dövrü üçün elan etdiyi qaydalara dəyişikliklə bağlı seminar təşkil edib.
ACF-in mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, federasiya prezidentinin müşaviri Natiq Bağırovun iştirakı ilə beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Akif Tahirovla yanaşı, respublika dərəcəli hakimlər Fərhad Misirov, Bəriyyə Hüseynova, Nuranə Muradova, Taleh İmanov, Mehman İmanquliyev, Səttar Heybətov tərəfindən keçirilən seminarda hakimlər və məşqçilərlə bərabər, qərb bölgəsinin cüdoçuları da iştirak ediblər.
Təlimdə BCF-in tətbiq etdiyi yeni qaydalar haqqında ətraflı məlumat verilib, bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Natiq Bağırov yeni qaydalarda dəyişikliklər barədə məlumat verib, hakimlər və məşqçilər tərəfindən bu qaydaların tətbiq edilməsinin zəruriliyini vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş