Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakı 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına ev sahibliyi edəcək

Bakı 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına ev sahibliyi edəcək


Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
BrendSport.az xəbər verir ki, onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.
Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.
UWW bəzi mühüm yarışların təşkilatçılığı ilə bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçığı isə Xorvatiyaya həvalə olunub.


Facebook-da paylaş

Xəbəri paylaş