Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Akademiyasında təhsil alacaqlar

Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Akademiyasında təhsil alacaqlar


Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə əldə olunan razılaşmaya əsasən, 46 məşqçimiz martın 7-dən Beynəlxalq Cüdo Akademiyasında təhsil almağa başlayacaq.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu jurnalistlərə müsahibəsində deyib.
Baş katib qeyd edib ki, İJF-in qərarına əsasən onun müvafiq sertifikatına malik olmayan heç bir məşqçi 2023-cü ilin yanvarından etibarən idmançıya göstəriş verə bilməyəcək: “Təəssüf ki, indiyədək Azərbaycanda belə sertifikata malik olan məşqçi yoxdur. Məşqçilərimiz bu ilin martından artıq bu proqramı öyrənməyə başlayacaqlar. Yeddi ay ərzində milli komandamızda məşqçi kimi fəaliyyət göstərmiş bütün məşqçilərimiz həmin proqrama qoşulacaqlar. Onlarla yanaşı, aparıcı klubların məşqçilərini də bu proqrama dəvət etmişik. Çünki klublarda işin düzgün qurulması da böyük əhəmiyyət kəsb edir. Potensial idmançılar yerli təşkilatlarda yetişirlər. Ümid edirik ki, avqust-sentyabr aylarında başa çatacaq proqrama cəlb olunmuş 46 məşqçimizin hamısı həmin sertifikatı ala biləcək”.
Proqramın davamlı olacağını vurğulayan R.Rəsullu bildirib ki, gələcəkdə digər məşqçilərin də bu proqrama cəlb edilməsi nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş