Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIDE reytinqi: Şəhriyar Məmmədyarov iki pillə irəliləyib

FIDE reytinqi: Şəhriyar Məmmədyarov iki pillə irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov (2776 xal) iki pillə irəliləyərək 7-ci mövqedə qərarlaşıb. Digər şahmatçımız Teymur Rəcəbov (2753 xal) isə əvvəlki kimi 14-cü sıradadır.
Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2661 xal) 76-dan 72-ci, Rauf Məmmədov isə (2656 xal) 87-dən 80-ci pilləyə yüksəliblər.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) yer alıblar.
Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2454 xalla 25-ci, Gülnar Məmmədova (2387 xal) 64-cü, Xanım Balacayeva (2376 xal) 77-ci pillədə qərarlaşıblar.
Qadınların reytinq cədvəlində birinci pilləni çinli Hou Yifan (2656 xal) tutur. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və hindistanlı Hampi Koneru (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.


Facebook-da paylaş

Xəbəri paylaş