Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları üçün heyəti açıqlanıb


Martın 3-dən 6-dək Bakı akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarına ev sahibliyi edəcək. Azərbaycan Gimnastika Federasiyasının ilk dəfə olaraq təşkil edəcəyi yarışda ilkin qeydiyyat siyahısına əsasən 21 ölkədən 466 gimnastın iştirakı gözlənilir.
BrendSport.az xəbər verir ki, yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş