Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Voleybol Federasiyasının əməkdaşı Çempionlar Liqasının oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının əməkdaşı Çempionlar Liqasının oyununa təyinat alıb


Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova fevralın 15-də Çempionlar Liqasının D qrupu çərçivəsində keçiriləcək “Maritza Plovdiv” (Bolqarıstan) – “Dinamo-Ak Bars” (Kazan, Rusiya) matçının supervayzeri olacaq.
BrendSport.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının bu matç üçün təyinatlarına əsasən, N.İsmayılova görüşün hakimləri latviyalı Salvis Kurtıss və bolqarıstanlı Atanas Varbanovun işinə qiymət verəcək.
Qeyd edək ki, Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək qarşılaşmanı idarə edəcək litvalı Aleksander Sikanjicdən oyundan əvvəl götürülən COVID-19 testi pozitiv çıxdığına görə, görüş bolqarıstanlı ehtiyat hakimi A.Varbanova tapşırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş