Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışında iştirak edirlər

Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışında iştirak edirlər


Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri Dağıstanda növbəti təlim-məşq toplanışını keçirlər.
BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yığmamız yanvarın 29-dan Mahaçqalada yerli komanda ilə birgə məşqlərini davam etdirir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında komandamız taktiki-texniki çalışmalara üstünlük verir. Xalça üzərində sparrinqlə məşqlər həyata keçirilir ki, bu da yarışlar ərəfəsində olduqca vacibdir. Xatırladaq ki, millimiz fiziki hazırlıqları üzrə məşqləri yanvarda Olimpiya Güləş Mərkəzində keçib. Mahaçqala toplanışı fevralın 15-dək davam edəcək.
Qeyd edək ki, komandamız bu ay 2 yarışda qüvvəsini sınayacaq. Yığma üzvlərinin bir qismi fevralın 17-dən 20-dək Bolqarıstanın Veliko Tarnovo şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə keçiriləcək ənənəvi turnirdə çıxış edəcəklər. Digər güləşçilərimiz isə Türkiyəyə yollanacaqlar. Fevralın 24-dən 27-dək İstanbulda ilin ilk reytinq turniri baş tutacaq. Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın adını daşıyan yarışda pəhləvanlarımız da mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş