Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Pekin-2022”: ABŞ snoubordçusu Hloya Kim Olimpiya çempionu olub

“Pekin-2022”: ABŞ snoubordçusu Hloya Kim Olimpiya çempionu olub


ABŞ idmançısı Hloya Kim ölkəsinə “Pekin-2022” Qış Olimpiya Oyunlarında növbəti qızıl medalı qazandırıb.
BrendSport.az xəbər verir ki, H.Kim snoubordun hafpayp növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İspaniya idmançısı Keralt Kastelet gümüş, yaponiyalı Sena Tomita bürünc medala sahib olublar.
Hazırda ABŞ komandasının aktivində 3 qızıl, 5 gümüş və 1 medal var.
Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.


Facebook-da paylaş

Xəbəri paylaş