Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılıb

“Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılıb


Fevralın 9-da futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılıb.
BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatma mərasimində əvvəlcə komandalara reqlament barədə məlumat verilib, suallar cavablandırılıb. Daha sonra püşk atılıb.
Bu mərhələnin oyunları fevralın 19-20-də keçiriləcək. Yüksək Liqa komandaları bu mərhələdən mübarizəyə qoşulacaqlar. Ümumiyyətlə, 16 komandadan 2-si Birinci, 6-sı İkinci, qalan 8-i isə Yüksək liqa komandasıdır.
Püşkə əsasən, səkkizdəbir final mərhələsində “Alyans Qrup” – U-19, “Baku Fire” – İSMA, EKOL – “Record club.az”, “Advokat” – “Alyans”, “Forza Neftçi” – “Xilə”, “Baker Tilly” – “Araz–Naxçıvan”, “Neftçi” – “Atletiko Baku” və “Bibi-Heybət” – “STAR kargo-2” görüşləri keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş