Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Pekin-2022”: Azərbaycan təmsilçisi Vladimir Litvintsev yarışdan əvvəl sonuncu məşqini keçirib

“Pekin-2022”: Azərbaycan təmsilçisi Vladimir Litvintsev yarışdan əvvəl sonuncu məşqini keçirib


“Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək fiqurlu konkisürən Vladimir Litvintsev yarışdan əvvəl sonuncu məşqini keçirib.
BrendSport.az xəbər verir ki, təmsilçimiz fevralın 8-də fərdi yarışlarda qısa proqramla çıxış edəcək. İdmançımız yarışa fiziki cəhətdən tam hazırdır. O, Bakı vaxtı ilə saat 5:22-də başlayacaq yarışa qatılacaq. Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.
V.Litvintsev adətən ən zəiflərin yer aldığı birinci altılıqda bacarığını göstərəcək. O, qrupda sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçiləri də buz üzərinə çıxacaqlar.
Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. V.Litvintsevlə yanaşı, fiqurlu konkisürən Yekaterina Ryabova da medallar uğrunda yarışacaq. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də mübarizə aparacaq.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.


Facebook-da paylaş

Xəbəri paylaş