Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Pekin Olimpiadasına gələnlər arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlanıb

Pekin Olimpiadasına gələnlər arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlanıb

Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlayıb.
BrendSport.az xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də Çinə 305 nəfər gəlib, onlardan 190-ı idmançı və rəsmi şəxslər, 115-i komanda nümayəndələridir. Hava limanında və Olimpiya kəndinin mehmanxanasında aparılan PCR testləri nəticəsində 10 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 6-sı idmançı və rəsmi şəxslər, 4-ü isə komanda nümayəndələridir.
Qeyd edək ki, Azərbaycan milli komandası “Pekin-2022”də iki idmançı ilə təmsil olunur. Onnlar fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş