Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Emreli: Böyük sayda azarkeşi olan “Dinamo” Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir

Mahir Emreli: Böyük sayda azarkeşi olan “Dinamo” Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir


Çox şadam ki, “Dinamo” ilə müqavilə bağlamışam. “Dinamo” həmişə Xorvatiyada çempionluq titulu qazanan və avrokuboklarda oynayan klubdur.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Zaqreb” klubuna keçidi ilə bağlı danışarkən deyib.
İyirmi beş yaşlı hücumçu deyib: “Dinamo” son illərdə keyfiyyətli oyun nümayiş etdirir. Son bir neçə mövsümdə bir sıra tarixi uğurlara imza atan klub Xorvatiya və ölkə xaricində nüfuza malikdir. Komanda həqiqətən də səviyyəyə malikdir və heyətində peşəkar futbolçular çoxdur. Bu, ciddi klubdur. İnanıram ki, öz oyunum, səylərim nəticəsində komandanın gələcək nəticələrində pay sahibi olacağam. Titulu qoruyacağımıza və yazda “Dinamo”nu Avropada layiqincə təmsil edəcəyimizə inanıram. Bu, futbol klubunda artıq, Zaqrebin və Xorvatiyanın rəmzidir. Böyük sayda azarkeşi olan komanda Xorvatiya və Avropada xüsusi çəkiyə malikdir”.
Qeyd edək ki, M.Emreli “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.


Facebook-da paylaş

Xəbəri paylaş