Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Gəncləri Günü münasibətilə Bakı Şəhər Halqası Akademiyasında könüllülər üçün təlim təşkil olunub

Azərbaycan Gəncləri Günü münasibətilə Bakı Şəhər Halqası Akademiyasında könüllülər üçün təlim təşkil olunub


Bu il təşkil olunacaq Formula 1 Azərbaycan Qran-Prisi üçün qeydiyyatdan keçən könüllülərə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə yanvarın 29-da təlimçi Jalə Ələkbərovanın təqdimatında “Yumşaq (soft) bacarıqlarımızı necə inkişaf etdirək?” mövzusunda təlim keçirilib.
BrendSport.az xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan təlimə 70-ə yaxın könüllü qatılıb. Bakı Şəhər Halqası Akademiyasında baş tutan seminarda Jalə Ələkbərova yumşaq bacarıqların inkişaf etdirilməsinin insanın peşəkar fəaliyyətinə və karyera irəliləyişinə müsbət təsirindən danışıb. Yumşaq bacarıqlar özündə ünsiyyət və təqdimat, komandada işləmək və vaxtın səmərəli idarəolunması kimi bacarıqları birləşdirir. Təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.
Könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərən BŞH bu istiqamətdə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bu il Bakıda baş tutacaq altıncı Formula 1 yarışı üçün könüllülərin müsahibə mərhələsinə yanvarın 31-dən etibarən start veriləcək. Müsahibələr fevralın sonuna qədər davam edəcək. Qeydiyyatdan uğurla keçmiş könüllülər http://volunteers.bakucitycircuit.com/?fbclid=IwAR1IMBz90dcEYHZkTcsks5QZsI865pJGPSjlnnnm-MLFlcacPTSQZGEmRTQ#/login keçidi vasitəsilə öz hesablarına daxil olub müsahibə vaxtını təyin edə bilərlər.


Facebook-da paylaş

Xəbəri paylaş