Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Milan” klubu müdafiəçi Teo Hernandes ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb

“Milan” klubu müdafiəçi Teo Hernandes ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb


İtaliyanın “Milan” klubu müdafiəçisi Teo Hernandes ilə yeni müqavilə imzalayıb.
BrendSport.az “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən sol cinah müdafiəçisi 2026-cı ilədək “Milan”ın heyətində qalacaq. Fransa milli komandasının futbolçusunun bu müddətdə illik məvacibi 4,5 milyon avro olacaq.
Qeyd edək ki, Teo Hernandes son beş oyunda meydana kapitan sarğısı ilə çıxıb. O, 2019-cu ildən “Milan” klubunda çıxış edir. Müdafiəçi “Real Madrid” klubuna 20 milyon avro müqabilində transfer olunub. Cari mövsümdə 22 oyunda meydana çıxan T.Hernandes 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş