Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi şahmatçılar arasında Azərbaycan çempionatının iştirakçıları müəyyənləşib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının iştirakçıları müəyyənləşib


Naxçıvanda kişilər arasında start götürəcək şahmat üzrə Azərbaycan çempionatının iştirakçıları müəyyənləşib.
BrendSport.az Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnirdə 28 şahmatçı mübarizə aparacaq. Belə ki, siyahıda Azərbaycanın tanınmış şahmatçıları Nicat Abbasov, Vasif Durarbəyli, Nicat Məmmədov, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı və digərləri yer alıblar.
Qeyd edək ki, çempionat 2 mərhələdə keçiriləcək. Birinci mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər. Yarışın ümumi mükafat fondu 22 min manat təşkil edir.
Qeyd edək ki, ötən il Azərbaycan çempionu adını beynəlxalq qrosmeyster Vasif Durarbəyli qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş