Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” və “Neftçi” klubları IFFHS-in reytinq siyahısında irəliləyiblər

“Qarabağ” və “Neftçi” klubları IFFHS-in reytinq siyahısında irəliləyiblər

Dünyanın ən yaxşı futbol klublarının reytinq siyahısı açıqlanıb.
BrendSport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) 2021-ci il üçün ən yaxşıları sırasında Azərbaycanın iki təmsilçisi də var. Bunlar “Qarabağ” və “Neftçi”dir. UEFA Konfrans Liqasında mübarizəni davam etdirən Ağdamın “Qarabağ” klubu ötən ilin ən yaxşı 105-ci komandası olub. Klubun hesabında 133 xal var və Qurban Qurbanovun komandası 2020-ci illə müqayisədə 42 pillə irəliləyib.

Azərbaycan çempionu “Neftçi” isə daha böyük sıçrayışa nail olub. Baş məşqçi Samir Abasovun komandası 280 pillə irəliləyib. Paytaxt təmsilçisi 2020-ci ildə 543-cü idisə, bu dəfə 78,5 xalla 263-cü yerdə qərarlaşıb.

Tarixdə ilk dəfə siyahıya Braziliya klubu başçılıq edir. “Palmeyras” 322 xalla geridə qalan ilin ən reytinqli klubu olub. Braziliyanın digər təmsilçisi “Atletiko Mineyro” isə 313 xalla onu izləyib. İlk “üçlüy”ü “Mançester Siti” (300 xal) qapayıb.


Facebook-da paylaş

Xəbəri paylaş