Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda Yan Kşiştov Duda ilə qarşılaşacaq

“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda Yan Kşiştov Duda ilə qarşılaşacaq

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin dördüncü turunun oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda polşalı Yan Kşiştov Duda ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə baş vurub. Ş.Məmmədyarovun aktivində 1,5 xal var və bu nəticə ilə səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 2,5 xalla hindistanlı Santoş Vidit başçılıq edir.
Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.


Facebook-da paylaş

Xəbəri paylaş