Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” klubu bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq

“Qəbələ” klubu bu gün Antalyada ilk yoxlama oyununa çıxacaq


Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, “Qəbələ”nin Antalya toplanışındakı ilk rəqibi Polşa təmsilçisi “Zaqlembe” olacaq. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Əsası 1945-ci ildə qoyulan Lubin təmsilçisi tarixi ərzində 2 dəfə çempionluq qazanıb. 1990/1991-ci və 2006/2007-ci il mövsümlərinin qalibinin hesabında bir gümüş və iki bürünc medal da var. “Zaqlembe” Polşada 3 dəfə kubok, 1 dəfə Superkuboka da yiyələnib. Avrokuboklarda ən yaxşı nəticəsi sonuncu dəfə qatıldığı 2016/2017-ci il mövsümündə qeydə alınıb. Həmin vaxt “Zaqlembe” Avropa Liqasında üçüncü təsnifat mərhələsinə qədər irəliləyib.
Qeyd edək ki, “Qəbələ” yanvarın 21-də “Borets” (Şimali Makedoniya), üç gün sonra isə “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş