Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına məğlub olub

Futzal üzrə Azərbaycan millisi Belçika yığmasına məğlub olub


Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün Belçika yığması ilə yoldaşlıq oyunu keçirib.
BrendSport.az xəbər verir ki, Borgloon şəhərində təşkil olunan görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Vassoura, Qallo və Bolinha fərqləniblər.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş