Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qurban Qurbanov məşqçilərin dünya reytinqində irəliləyib

Qurban Qurbanov məşqçilərin dünya reytinqində irəliləyib


Dünya futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.
BrendSport.az xəbər verir ki, siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.
Dünyanın ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib. Əlli yaşlı mütəxəssis 1592 xalla reytinq cədvəlində 221-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) yer alıblar.


Facebook-da paylaş

Xəbəri paylaş