Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.
Azərbaycan Boks Federasiyasından BrendSport.az-a bildiriblər ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 100 boksçusu qüvvəsini sınayıb. Beş gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Niyaməddin Allahverdiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” birinci yeri tutub. İkinci pilləyə BFL yiyələndiyi halda, ilk “üçlük”ü “Qızıl əlcək” qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Niyaməddin Allahverdiyev layiq görülüb. Rəhim Əliyev ən əzmkar idmançı seçilib. Elxan Quliyevlə Etibar Alıyev ən yaxşı hakim, Albert Qəribov (Gəncə) və Rafiq İsmayılov (“Neftçi” İK) isə ən yaxşı məşqçi adını qazanıblar.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.


Facebook-da paylaş

Xəbəri paylaş