Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sablya üzrə milli komandamız Gürcüstanda dünya kubokunun mərhələ yarışında iştirak edir

Sablya üzrə milli komandamız Gürcüstanda dünya kubokunun mərhələ yarışında iştirak edir


Qadınlardan ibarət sablya üzrə milli komandamız Tbilisidə dünya kubokunun mərhələ yarışında iştirak edir.
BrendSport.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, yarışın ilk günündə şəxsi yarışda təsnifat mərhələsinin görüşləri keçirilib.
Təmsilçimiz Anna Başta reytinqi yüksək olduğundan mübarizəyə əsas mərhələdən qoşulacaq. Digər təmsilçilərimizdən Səbinə Kərimova və Sevil Bünyatova da final mərhələsinə yüksəlməyi bacarıb. Qrup mərhələsini adlayan S.Kərimova əsas mərhələyə yüksəlmək uğrunda keçirilən ilk görüşdə Rusiya təmsilçisi Valeriya Kobzevaya (15:10), ardınca isə fransalı Margo Gimalaca (15:13) qalib gəlib.
Pley-offa yüksəlməyi bacaran S.Bünyatova isə qrupda qazandığı qələbələrin sayına görə, əsas mərhələyə yüksəlmək uğrunda cəmi bir görüş keçirib. S.Bünyatova Mariella Vialeyə (İtaliya) 15:5 hesabı ilə qalib gələrək minimum vəzifənin öhdəsindən gəlib.
Yanvarın 16-da keçiriləcək əsas mərhələnin görüşlərində A.Başta ispaniyalı Lusia Martin, S.Bünyatova Gürcüstan idmançısı Teodara Kakhiani, S.Kərimova isə Olqa Nikita (Rusiya) ilə qarşılaşacaq.
Milli komandamızın digər üzvləri Zərifə Hüseynova və Palina Kaspiaroviç pley-offda, Aysel Əhədova isə qrup mərhələsində mübarizəni dayandırıb.


Facebook-da paylaş

Xəbəri paylaş